SƏNAYE

04 Fevral

“Teymur Əhmədov” quru yük gəmisi Xəzərdə fider daşımalara cəlb olunur

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə “ADY Konteyner” MMC arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Fins.az xəbər verir ki, müqaviləyə əsasən, ASCO-ya məxsus “Teymur Əhmədov” quru yük gəmisi Ələt-Türkmənbaşı-Ələt istiqamətində fider daşımalara cəlb olunacaq. Fider xətt üzrə gəminin ayda 4 səfər həyata keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, “Teymur Əhmədov” quru yük gəmisi eyni vaxtda 80 ədəd 40 futluq konteyner daşımaq gücünə malikdir.

Müəllif: Aynur Qəniyeva