Abşeron arxipelaqının dayaz sularında ilk kəşfiyyat quyusunun qazılmasına başlanacaq.
Fins.az xəbər verir ki, BP-Azan şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl şirkət, SWAP layihəsi çərçivəsində kəşfiyyat qazma işlərinə 2020-ci ilin sonunda başlamaq niyyətini açıqladı, sonra onları 2021-ci ilə təxirə salıb.
Məlumata görə, Abşeron arxipelaqının seçilmiş dayaz su sahəsindəki ilk kəşfiyyat quyusunun qazılması üçün planlaşdırma işləri hələ də davam edir.
Bu quyu üçün 28 Avqust 2020-ci il tarixində Ətraf və Sosial-İqtisadi Təsirin Qiymətləndirilməsi Hesabatı hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir. Sənəd daha sonra yeniləndi və yenidən hökumətə təqdim edilib.Təsdiqləndikdən və müvafiq icazələrin alınması ilə SWAP layihəsi çərçivəsində quyunun qazılmasına 2021-ci ilin ikinci rübündə başlanacaq