SƏNAYE

04 Fevral

AÇG blokundan neft hasilatı 10,3% azalıb

2020-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda neft hasilatı təxminən 175 milyon barel (23,6 milyon ton) təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə layihənin operatoru BP Exploration məlumat verib 

Məlumata görə, 2019-cu ildə ümumilikdə AÇG blokundan 195 milyon barel (26 milyon ton) neft hasil edilmişdir. Beləliklə, bu müqavilə sahəsindən 2020-ci ildə bareldə neft hasilatı 10,3% azalıb.

AÇG blokundakı hasilatın azalması, digər tərəfdən, Azərbaycanın OPEC + sazişi üzrə öhdəliklərini yerinə yetirməsi ilə əlaqədardır.

BP-nin məlumatına görə, 2020-ci ildə şirkət 2019-cu ilə nisbətən AÇG blok inkişaf layihəsinin dəyərini 14,9% - 2,348 milyard dollara qədər artırıb.Bildirilir ki,bu məbləğdən əməliyyat xərcləri 531 milyon dollar, kapital 1 milyard 817 milyon dollar təşkil edib. 

2020-ci ildə orta gündəlik neft hasilatı 477 min barel (2019-cu ildə 535 min barel) təşkil edib.