SƏNAYE

03 Fevral

OPEC+ ölkələri razılaşmanı yerinə necə yerinə yetirib

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri ötən ilin may-dekabr aylarında neft hasilatının azaldılması üzrə planı 99% təmin ediblər.

Fins.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "OPEC+"ın Texniki Komitəsinin materiallarında qeyd edilir.

Məlumata görə, may-dekabr aylarında OPEC ölkələri razılaşmanı 101%, təşkilata daxil olmayan ölkələr isə 96% yerinə yetiriblər.

Qeyd edilir ki, ötən ilin dekabrında neft hasilatının azaldılması üzrə razılaşma "OPEC+" ölkələri tərəfindən 99% yerinə yetirilib (OPEC ölkələri 103%, qeyri-OPEC ölkələri isə 93%). Beləliklə, bazardan gündəlik 7,7 mln. barel artıq neftin çıxarılması mümkün olub.