SƏNAYE

02 Fevral

Bakıda sənaye istehsalının həcmi AÇIQLANIB

2020-ci ilin yanvar-dekabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azalaraq 29,7 milyard manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəri məlumat yayımlayıb. 

Məlumatda bildilir ki, sənaye məhsulunun 74,6 faizi mədənçıxarma, 22,5 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 faiz olub. 

Müəllif: Aynur Qəniyeva