SƏNAYE

02 Fevral

Azerigold qızıl külçələrin satışından nə qədər gəlir əldə edib? -MƏBLƏĞ 

2020-ci il ərzində ümumi dəyəri 1.6 milyon manat olan  olan 1275 ədəd məhsulun satışı həyata keçirilib.

Fins.az xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də ötən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.

O ,bildirib ki, Cəmiyyət tərəfindən istehsal olunan külçə və sikkələrinin pərakəndə satışı ötən il də uğurla davam etdirilmişdir. 2020-ci il ərzində ümumi dəyəri 1.6 milyon manat olan  olan 1275 ədəd məhsulun satışı həyata keçirilmişdir. Hesabat dövrü ərzində qiymətlilərin onlayn sifarişlərinin həyata keçirilməsi üçün yaradılan “Azergold.gift” saytı və sosial şəbəkələr üzərindən həyata keçirilən fəaliyyət, ümumilikdə satış dinamikasının da artmasına səbəb olmuşdur.

Sədr fikirlərinin davamında 2əticədə 2019-cu illə müqayisədə 80% daha çox məhsul satılmış, əldə edilən vəsait 84% artıb. 

Müəllif: Aynur Qəniyeva