SƏNAYE

02 Fevral

Rəhbər: Azerigold 2035-ci ilədək ÜDM-ə 8.9 mlrd dollaradək həcmində töhfə verilməyi planlaşdırır

Azerigold 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə (Ümumi Daxili Məhsul) 8.9 milyard dollaradək həcmində töhfənin verilməsini planlaşdırır

Fins.az xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də ötən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, Cəmiyyətin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi nəzərdə tutulub. Strategiya çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə (Ümumi Daxili Məhsul) 8.9 milyard dollaradək həcmində töhfənin verilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərə qədər işçinin cəlb edilməsi proqnozlaşdırılır.

Cəmiyyətin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsinin (MİAD) 14 faiz həcminə çatdırılması nəzərdə tutulur. Məlumat üçün qeyd olunmalıdır ki, 2009-2019-cu illərdə qlobal mədən sənayesinin məcmu illik artım dərəcəsi 9 faiz olmuşdur.

Əminik ki, artıq icrasına başlanılan strateji planlar ölkənin qeyri-neft sənayesinin dinamik inkişafı, iqtisadiyyatının şaxələndirilməsi, bununla da dağ-mədən sahəsində əlavə dəyərin, eləcə də məşğulluğun artırılmasına, nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək.

Müəllif:Aynur Qəniyeva