SƏNAYE

02 Fevral

\"AzerGold\" QSC dövlət büdcəsinə 12,9 milyon manat vəsait ödəyib

2020-ci ildə "AzerGold" QSC dövlət büdcəsinə 12,9 milyon manat vəsait ödəyib.

Fins.az xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də ötən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.

QSC sədri qeyd edib ki, bu vəsaitin 10,7 milyon manatı vergi, 2,2 milyon manatdan çoxu Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. 2019-cu ildə bu məbləğ 12,2 milyon manat olub. 2020-ci ildə büdcə ödənişləri 2019-cu illə müqayisədə 0,7 milyon manat, yəni 6 faiz artıb. Ümumilikdə, QSC-nin fəaliyyəti dövründə dövlət büdcəsinə 40,8 milyon manat həcmində vergi və sosial köçürmələrin ödənişi təmin edilib.
Keçən il, həmçinin QSC-nin nizamnamə kapitalı 50 milyon manat artırılaraq 62 milyon manata çatdırılıb.