SƏNAYE

29 Yanvar

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderliyini qoruyub

2020-ci ildə 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi 1 milyard 48,595 milyon dollar təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib.

"2020-ci ilin yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (149,6 milyon dollar ), özəl şirkətlər arasında isə Azerbaijan International Mining Company (118,1 milyon dollar) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.

Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "AzerGold" QSC (109,7 milyon dollar), "Azəralüminum" MMC ($98 milyon), "Azərenerji" ASC (59 milyon dollar), «Azərpambıq Aqrar Sənaye Kompleksi» MMC ($32,5 milyon), "Azərbaycan Hava Yolları" (8,6 milyon dollar), "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC (1,4 milyon dollar), "Azəripək" MMC (1,1 milyon dollar), «Azərbaycan İES» MMC ($822 min), Naxçıvan Dövlət Energetika Xidməti (773 min dollar) daxildir.

Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “SOCAR Polymer” (102,1 milyon dollar), "Land Lojistic" MMC (90,2 milyon dollar), "MKT Istehsalat Kommersiya" MMC (81,4 milyon dollar), «Almeve» MMC (39,5 milyon dollar), "Sun Food" MMC (37,7 milyon dollar), "Global Trade Group" MMC ($35,2 milyon), "Baku Steel Company" MMC (30 milyon dollar), "AQROVEST" MMC (27,1 milyon dollar) və "P-Aqro" MMC (25,8 milyon dollar) daxildir.

Azərbaycan 2020-ci ildə 1,9 milyard dollar məbləğində qeyri-neft məhsulları ixrac edib.