SƏNAYE

29 Yanvar

Azərbaycan Türkiyəyə qaz ixracına 20,6% artıb

Azərbaycan 2020-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 10 milyard 445,63 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 20,6% çoxdur.

Fins.az xəbər verir ki,  bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.

Noyabr ayında Türkiyəyə 1 milyard 64,39 milyon kubmetr Azərbaycan qazı ixrac olunub, bu isə Türkiyəyə qaz ixracının ümumi həcminin 20,66%-ni təşkil edib (2019-cu ilin noyabr ayı ilə müqayisədə artım 23,38%).

Azərbaycan 2020-ci ilin noyabr ayında Türkiyəyə qaz ixracının həcminə görə ikinci yerdə qərarlaşmaqla mövqeyini qoruyub. Birinci yerdə Rusiya (47,27%), üçüncü yerdə İran (15,34%), dördüncü yerdə Əlcəzair (10,47%) qərarlaşıb. İran oktyabr ayı ilə müqayisədə noyabr ayında mövqeyini yaxşılaşdıraraq 6-cı pillədən 3-cü pilləyə yüksəlib.

EPDK-nın məlumatına görə, Azərbaycan 2020-ci ilin mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, avqust ayından isə ikinci pilləyə enib.

Noyabr ayında Türkiyəyə 5 milyard 153,04 milyon kubmetr qaz (2019-cu ilin noyabr ayı ilə müqayisədə artım 32,1%) ixrac edilib. 4 milyard 290,61 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 83,3%-i, 2019-cu ilin noyabr ayı ilə müqayisədə artım 52,5%), 862,44 milyon kubmetr (bütün ixracın 16,7%-i, azalma 20,7%) isə LNG-nin payına düşüb.