SƏNAYE

28 Yanvar

TAP qaz kəməri ilə bağlı bazar tətqiqatlarına başlanacaq-DƏQİQ VAXT

2021-ci ilin iyul ayında Trans-Adriatik boru kəmərinin (TAP) ötürülmə qabiliyyətinin mümkün iki dəfə artırılması ilə bağlı bazar tətqiqatlarına başlanacaq.

Fins.az xəbər verir ki, bu barədə TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) açıqlama verib. 

Məlumatda bildirilir ki,TAP-ın bazar tədqiqatlarının mütləq fazası iyulda başlanacaq. Oktyabr ayına qədər nəticələrin aydın olacağını gözləyirik. TAP konsorsiumu boru kəmərinin gücünün iki dəfə - illik 20 milyard kubmetrədək genişləndirilməsini təklif etmək məqsədilə iki ildən bir bazar tədqiqatları həyata keçirəcək.