SƏNAYE

27 Yanvar

Kəlbəcərdə qızıl istismarı ilə bağlı işlərə güzəştlər ediləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin onlayn formatda növbəti iclası keçirilib. 

Fins.az xəbərinə görə, iclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.

Komitə sədri vurğulayıb ki, zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi məqsədilə onların aksizdən azadolma müddətinin daha üç il artırılması nəzərdə  tutulur.

Uzun illər erməni işğalında olan Azərbaycanın Kəlbəcər rayonun işğaldan azad edildiyini və böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alsaq, sözügedən vergi güzəştləri burada mövcud olan qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin edə biləcək”.

O vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin artırılması mərhələli şəkildə nəzərdə tutulur: “Bu artırılmanın istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır”.

Səhiyyə təşkilatlarının tövsiyələri əsasında sağlamlığa zərər verən məhsulların istehlakının azaldılması üçün tütün məmulatlarının istehsalı və idxalı üzrə aksiz dərəcələrinin artırılması, bu məhsulların (trubka tütünü, çəkmə, çeynəmə, sovurma, iyləmə tütünləri, bütün növ qəlyanlar üçün nəzərdə tutulan, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün məhsulları) aksizli malların siyahısına daxil edilməsi təklif edilib.

Ətraflı müzakirələrdən sonra qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına baxılmaq üçün tövsiyə edilməsi qərara alınıb.