SƏNAYE

26 Yanvar

“Azəriqaz”ın baş direktorundan Xırdalandakı partlayışla bağlı açıqlama

“Xırdalanda ötən gün baş verən partlayışın qaz sızmasından və ya balon qazından olması araşdırılır”.

Fins.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinin qərarına görə, yeraltı qaz sızmaları və digər məsələlər “Azəriqaz” İB-nin səlahiyyətindədir: “Biz ancaq yeraltı qaz kəmərləri və sayğaca qədər olan kəmərlərin istismarı ilə bağlı altı aydan bir yoxlamalar aparırıq.

Xırdalanda isə heç bir yeraltı qaz kəməri yerləşmir. Orada həyət evində partlayış olub. Partlayışın qaz sızmasından və ya balon qazından olmasını müvafiq qurumlar araşdırırlar”. 

R.Əliyev bildirib ki, 2016-cı ildən bəri evlərdə qaz sayğaclarına “Azəriqaz” tərəfindən nəzarət olunmur.