SƏNAYE

26 Yanvar

SOCAR azad edilmiş ərazilərdə yanacaqdoldurma məntəqələri açacaq

Azərbaycanın azad edilmiş ərazilərində SOCAR brendli yanacaqdoldurma məntəqələrinin istismara verilməsi planlaşdırılır.

Bu barədə "SOCAR Petroleum"un açıqlamasında deyilir.

Məlumatda qeyd olunub ki, "SOCAR Petroleum" gələcəkdə işğaldan azad olunmuş bütün torpaqlarda SOCAR brendli yanacaqdoldurma məntəqələrini istismara verəcəyini planlaşdırır.