SƏNAYE

13 Yanvar

SOCAR: “Abşeron” yatağından ilk qazın hasilatına 2022-ci ildə başlanılacaq

Bakı, 13 yanvar Fins.az

"Abşeron” yatağından ilk qazın hasilatına 2022-ci ildə başlanılacaq.

Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında deyilir.

Məlumata görə, daha əvvəl Azərbaycan hökuməti sözügedən yataqdan ilk qaz hasilatına 2021-ci ildə başlanılacağını bildirmişdi. SOCAR-ın prezidenti Rövnəq Abdullayev TOTAL şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arno Broyyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə "TOTAL şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni təyin olunmuş vitse-prezidenti Kristin Mari Hili SOCAR rəhbərliyinə təqdim edilib. Görüşdə neft-qaz bazarlarının inkişaf perspektivləri və “Abşeron” yatağında həyata keçirilən işlərlə bağlı fikir mübadiləsi aparılıb. Birgə həyata keçirilən “Abşeron” layihəsi çərçivəsində 2022-ci ildə ilk qazın hasilatına başlanılması əsas hədəf kimi qeyd olunub”, - deyə məlumatda bildirilir.