SƏNAYE

12 Yanvar

SOCAR-a daxil olan bu trest “YAŞAT” fonduna 200 min manatdan artıq vəsait köçürüb

Bakı, 12 yanvar Fins.az

SOCAR-ın “Neftqaztikinti” trestinin əməkdaşları tərəfindən könüllü olaraq  “YAŞAT” Fonduna 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-i həcmində, 207858 manat vəsait köçürüb.

Fins.az xəbər verir ki, bu 2020-ci ildə COVID-19-la mübarizə tədbirləti çərçivəsində yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Neftqaztikinti” trestinin işçiləri tərəfindən 63511 manat, Silahlı Qüvvələrə Yardım Fonduna isə 282247 manat məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, “Neftqaztikinti” trestinin 26 əməkdaşı torpaqlarımızın işğaldan azad olması uğrunda gedən Vətən müharibəsində iştirak etmişlər. Vətən müharibəsi iştirakçısı olan  hər bir işçinin iş yeri və əmək haqqı tam saxlanılmış, onların ailə üzvlərinə maddi yardımlar edilib.