SƏNAYE

11 Yanvar

BƏƏ Asiya və ABŞ üçün neftin ixrac qiymətlərini qaldıracaq

Bakı, 11 yanvar Fins.az

Səudiyyə Ərəbistanının ardından BƏƏ-nin milli şirkəti ADNOC da fevral ayında neftin ixrac qiymətlərini artıracaq.

Bu barədə Fins.az Rusiyanın Neft-Qaz İnformasiyası Agentliyinə (angi) istinadən xəbər verir.

Şirkət “Murban” marklı nefti üçün 0,75 dollar/barel qiymət təyin edib ki, bu da yanvar ayındakından 0,25 dollar/barel artıqdır.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı fevralda Asiya və ABŞ istehlakçıları üçün ixrac qiymətlərini artırmaq qərarını açıqlayıb. Krallıq bu bölgələrə tədarük olunan bütün növ neftlərin qiymətlərini qaldırmağa qərar verib.

© report