SƏNAYE

11 Yanvar

SOCAR-a daxil olan bu qurum “YAŞAT” Fonduna  129.762 manat köçürüb

Bakı, 11 yanvar Fins.az

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi əməkdaşları “YAŞAT” Fonduna (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə  vəzifə maaşlarının 10%-i həcmində maliyyə yardımı göstərərək fondun hesabına 129.762 manat vəsait köçürüb.

Fins.az xəbər verir ki, 2020-ci il ərzində “Azərikimya” İstehsalat Birliyi tərəfindən  COVID-19-la mübarizə çərçivəsində Koronovirusla Mübarizəyə Dəstək Fonduna və  Silahlı Qüvvələrə dəstək fonduna da vəsait köçürüblər. Ötən il ərzində ümumilikdə fondlara 305 min manatdan artıq vəsait köçürülüb.

 Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb.