SƏNAYE

08 Yanvar

SOCAR-ın bu qurumu “YAŞAT” Fonduna 5 mln manata yaxın vəait köçürüb

Bakı, 8 yanvar Fins.az

 SOCAR-ın “Azneft” İstehsalat Birliyinin aparatının əməkdaşları Fondun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər.

 İstehsalat Birliyin-dən fins.az-a verilən məlumata görə, onların təklifləri və İdarəetmə aparatı Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan Birlik rəhbərliyi “YAŞAT” Fonduna aparat əməkdaşlarının (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə  vəzifə maaşlarının 10%-i həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib.

Qeyd edək ki, 2020-ci ildə COVİD-19-la mübarizə çərçivəsində Koronovirusla mübarizəyə dəstək fonduna SOCAR işçiləri tərəfindən 1 milyon manatdan artıq vəsait köçürülmüşdür. Həmçinin SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında, eləcə də ölkənin müxtəlif bölgələrində yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları göstərmişlər.

Vətən müharibəsi zamanı SOCAR tərəfindən 17 milyon manat məbləğində, həmçinin işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyon manata yaxın məbləğ isə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.

Müəllif: Aynur Qəniyeva