SƏNAYE

06 Yanvar

Səudiyyə Ərəbistanı neft hasilatını könüllü azaldır

Bakı 06 Yanvar Fins.az

Səudiyyə Ərəbistanı gündəlik neft istehsalını daha 1 milyon barrel azaladacaq.

Bu barədə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz ibin Salman deyib.

O, Səudiyyə Ərəbistanının “OPEC+” ölkələrinin iqtisadiyyatlarına dəstək vermək üçün fevral-mart aylarında neft hasilatını könüllü olaraq 1 milyon barrel azaldacağını qeyd edib.

Beləliklə də, Səudiyyə Ərəbistanının açıqladığı əlavə məhdudiyyət nəticəsində “OPEC+” qrupunun gündəlik istehsal məhdudiyyətləri fevral ayında 8 milyon 125 min barrel, martda isə 8 milyon 50 min barrel olacaq.