SƏNAYE

23 Dekabr

Cari ildə ölkədə 3303 kiloqram qızıl istehsal edilib

Bakı 23 dekabr Fins.az

Yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 3303 kiloqramı qızılın payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz azalıb.

Dekabrın 1-nə olan vəziyyətə əsasən, 316,8 kiloqram hazır qızıl ehtiyatı var.