SƏNAYE

21 Dekabr

SOCAR-ın Rumıniyada sayca 60-cı yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb

Bakı 21 dekabr Fins.az

SOCAR Rumıniyada yeni yanacaqdolduldurma məntəqəsini (YDM) açıb.

Azərtac xəbər verir ki, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi Macarıstanla Rumıniya sərhədindəki Bihor regionunda yerləşir. Bu, regionda müştərilərin ixtiyarına verilən sayca 4-cü, ümumilikdə isə cari ildə Rumıniya ərazisində açılan 16-cı “SOCAR” brendli YDM-dir. Bu məntəqədə də müştərilərə benzin və dizel və “Adblue” (dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması məqsədilə istifadə olunur) yanacaqları, həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilir.

SOCAR-ın Rumıniya üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində videoçarxlar da nümayiş olunur. Şirkət tərəfindən qəbul edilən strateji plana uyğun olaraq, qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirməkdə davam edəcək.

Hazırda SOCAR Rumıniyanın 24 regionunda yanacaqdoldurma məntəqəsinə malikdir. Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir.