SƏNAYE

21 Dekabr

Türkiyə TANAP vasitəsi ilə Azərbaycandan 4.2 mld kubmetr qaz alıb

Bakı 21 dekabr Fins.az

Energetika  Nazirliyindən fins.az-a verilən məlumata görə, Şahdəniz yatağından Azərbaycan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 30 iyun 2018 - 1 dekabr 2020-ci il tarixləri arasında təchizatı təxminən 8 milyard kubmetr təşkil edib.

"TANAP istifadəyə verildiyi andan etibarən və 1 dekabr 2020-ci ilə qədər bu boru kəməri ilə təxminən 8 milyard kubmetr Azərbaycan qazı tədarük edildi. 2020-ci ilin yanvar-noyabr aylarında bu boru kəməri ilə qaz tədarükü 4,2 milyard kubmetr təşkil etdi". - deyə məlumatda qeyd olunur.

Xəbər verildiyi kimi, SOCAR-a görə, 2020-ci il iyun ayının sonundan etibarən TANAP üzərindən illik qaz tədarük həcmi Türkiyə üçün 6 milyard kubmetr təşkil edəcək. Bundan əlavə, 2020-ci ilin sonundan etibarən Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qaz tədarük etməyə başlayacaq.

SOCAR, TANAP Türkiyə qaz boru kəmərinin Türkiyənin qaz ehtiyacının 12% -ni ödəyəcəyini proqnozlaşdırır.