Bakı, 07 dekabr Fins.az
Bu ilin noyabr ayında elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələrlə bağlı Agentliyə birbaşa və Energetika Nazirliyindən daxil olan vətəndaş müraciətlərinin sayı 379 olub.
Fins.az xəbər verir ki, bu barədə Enerji Məsələlərini Tənzimləmə Agentliyi məlumat yayımlayıb
Məlumata görə,elektrik enerjisi təchizatı ilə bağlı Agentliyə 235 vətəndaş müraciəti daxil olub.Eyni zmanda təbii qaz təchizatı ilə bağlı 105 müraciət daxil olub. Əlavə olaraq 21 vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub;
Məlumatda həmçinin bildirilir ki, vətəndaşlar tərəfindən agentliy edilmiş 18 müraciət digər məsələləri əhatə edib.Bundan başqa 379 vətəndaş müraciətinin 4-ü Energetika Nazirliyi ilə müştərək icra olunub;
Həmçinin qeyd olunur ki, Agentliyə edilən müraciətlərdən 213 müraciət hazırda baxılma prosesindədir.Eyni zamanda 3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilməklə, ümumilikdə, 129 müraciət Agentlik tərəfindən araşdırılaraq cavablandırılıb.33 məlumat xarakterli müraciətdən 18-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Müəllif:Aynur Qəniyeva