Bakı, 3 dekabr Fins.az
Zəruri infrastrukturun bərpası və qurulması məqsədilə, “Azərişıq” ASC bu ərazilərdə, mühüm əhəmiyyətli strateji obyektlərin elektrik təchizatını təmin etmək üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təcili tədbirlərə start verib.
İşğaldan azad edilmiş ərazilərdə, hazırda, Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən, cəbhəyanı zonalarda düşmən hücumu nəticəsində dağıdılmış şəbəkələrin bərpası və yenidən qurulması üzrə operativ tədbirlər həyata keçirilir.
“Hazırda, ölkə prezidenti İlham Əliyevin müvafiq göstərişinə əsasən, Qarabağ ərazisində mühüm əhəmiyyətli strateji obyektlərin elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində fasiləsiz işlər aparılmaqdadır. Şəbəkələrin yenidənqurma və tikintisi işlərinin layihələndirilməsinə gəldikdə isə, düşünürük ki, müasir və innovativ texnologiyaların cəlb edilməsilə bu prosesi daha da sürətlənəcək. Belə ki, ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır. Bununla əlaqədar olaraq, özünü rəqəmsal texnologiyalar sahəsində yetərincə təsdiq etmiş EKM Global Consulting GmbH şirkəti ilə gələcək əməkdaşlıq haqda niyyət sazişi imzalandı”, - deyə, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qeyd etdi ki, müasir texnologiyalar və mühəndis-texniki həllər layihə-konstruktor işlərinin maksimal effektivliklə aparılmasına geniş imkanlar yaratması, əraziyə getmədən və vaxt itkisinə yol vermədən, işlərinin həyata keçirilməsi imkanları bu əməkdaşlığın müsbət cəhətlərindəndir.
“Üçölçülü verilənlərin istifadəsi insan faktorunu aradan qaldırmaqla, səhvlərin və vaxt itkisinin ciddi şəkildə aradan qaldırmağa imkan verir. Əldə olunan dəqiq və faydalı məlumatlar növbəti emal mərhələsi üçün “Azərişıq” ASC-nin Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə yönəldilərək, müvafiq sistemlərə inteqrasiya edilir. Bu isə bütün mərhələlərdə məsrəflərin azaldılmasına səbəb olacaq. Digər tərəfdən, niyyət sazişinə əsasən, yarana bilən istənilən suallara ekspert cavabı almaq imkanı da yaranır”, - R. Yusifov əlavə etdi.
“Bu texnologiyalar dünya üzrə bir çox müxtəlif sahələrdə istifadə edilir. Tikililərin 3D lazer skan edilməsi və modelləşdirilməsi, tarixi-memarlıq abidələr və topoqrafik planların mövcud vəziyyətini dolğun və dəqiq əks etdirməyə imkan verir. Yerüstü topoqrafik çəkilişlər, öz iş yerlərinin tərk etmədən müxtəlif ölçmələrin aparılmasında mütəxəssislərə geniş imkanlar yaradır. Və əlbəttə ki, bu kimi innovativ yanaşmalar zəruri olan işlərin daha az vaxt və məsrəflərlə həyata keçirilməsini təmin edir”, - deyə, E. Musayev müasir texnologiyaların tətbiq üstünlüklərindən danışıb.