SƏNAYE

02 Dekabr

SOCAR -ın Bakı-Novorossiysk kəməri ilə ixrac etdiyi neftin həcmi AÇIQLANIB

Bakı, 02 dekabr Fins.az 

SOCAR yanvar-noyabr aylarında Bakı-Novorossiysk kəməri ilə 529 min tona yaxın neft ixrac edib.

Fins.az xəbər verir ki,bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.

Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Novorossiysk limanına kəməri ilə 278,91 min ton neft  neft nəql olunub.

2020-ci ildə SOCAR tərəfindən Bakı-Novorossiysk neft kəməri ilə ixracın azalması yanvar-iyul aylarında boru kəmərinin fəaliyyətini dayandırması ilə izah olunur. SOCAR iyulun 17-dən sözügedən kəmərlə neft ixracını bərpa edib.

Daha əvvəl verilən məlumata görə, SOCAR 2020-ci ilin IV rübündə 255 min ton neft nəql etməyi planlaşdırır.

SOCAR 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 824,4 min ton neft nəql edib.

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.

Müəllif:Aynur Qəniyeva