SƏNAYE

02 Dekabr

Putindən neft proqnozu

Bakı, 02 dekabr Fins.az

Rusiya Prezident Vladimir Putin, neft-kimya məhsullarına qlobal tələbin əhəmiyyətli bir potensiala malik olduğunu bildirib və "Qlobal neft tələbi isə qarşıdakı 5 il ərzində ildə yalnız 1% artacaq. Sonra isə illik orta hesabla 0,1% azalmaya başlayacaq" deyib.

Rusiya Prezident Vladimir Putin, Rusiyanın Tümen bölgəsində enerji sektorunun nümayəndələri ilə keçirdiyi yığıncaqda neft sənayesini qiymətləndirib.

Marja xəbər verir ki, Rusiya neft-kimya sənayesinin sürətli bir şəkildə böyüdüyünü qeyd edən Putin, "Rusiya istehsalçıları yüksək keyfiyyətli məhsullarla yalnız ölkədəki ehtiyacı ödəməklə qalmayıb, eyni zamanda qlobal bazarda da rəqabətə girə bilirlər" deyib.

Rusiyanın xam maddə üstünlüyünü qlobal bazarlarda daha çox istifadə etməsi lazım olduğunu ifadə edən Putin, "Neft-kimya məhsullarına qlobal tələb əhəmiyyətli bir potensiala malikdir. Qlobal tələbin ildə orta hesabla 4% artması gözlənilir. Qlobal neft tələbi isə qarşıdakı 5 il ərzində ildə yalnız 1% artacaq. Sonra isə illik orta hesabla 0,1% azalmaya başlayacaq", - deyib.