SƏNAYE

30 Noyabr

"OPEC+" neft hasilatı kvotalarının uzadılmasını müzakirə edir

"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri 2021-ci ilin I rübü və hətta dörd ay üçün hazırda tətbiq olunan hasilatın azaldılması (gündəlik 7,7 mln. barel) üzrə məhdudiyyətlərin vaxtının və bu məhdudiyyətlərin yanvar ayından etibarən tədricən azaldılması variantını müzakirə edir.

Bu barədə "Reuters" adları açıqlanmayan mənbələrə istinadən xəbər verir.

Məlumata görə, Rusiya məhdudiyyətlərin yanvar ayından etibarən tədricən azaldılması variantını dəstəkləyir.

Qeyd edək ki, 30 noyabr və 1 dekabr tarixlərində bir sıra "OPEC+" ölkələri nazirlər səviyyəsində bir sıra iclaslar keçiriləcək, nəticə razılaşma çərçivəsində alyans tərəfindən 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatının 2 mln. barel artımının olub-olmaması barəsində qərar verilməlidir.

Aprel ayının 12-də "OPEC+" ölkələri  nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.