SƏNAYE

30 Noyabr

"Şimal Axın 2" boru kəmərində işlər yenidən başlayacaq

Bakı, 30 noyabr Fins.az

ABŞ-ın sanksiyalarına baxmayaraq, Rusiyadan Almaniyaya təbii qaz nəqlini təmin edən Şimal Axın 2 boru kəmərində işlər yenidən başlayacaq.
Fins.az xəbər verir ki.ABŞ, Almaniya və Rusiya üçbucağında gərginliyə səbəb olan Şimal Axını 2 layihəsi üzərində işlər yenidən başlayır.

Şimal Axını 2 layihəsinin sözçüsü Jens Mueller, sanksiyalar səbəbiylə dayandırılmış 11,2 milyard dollar dəyərində boru kəməri əməliyyatının 5 dekabrda yenidən başlayacağını açıqlayıb. 1230 kilometrlik xəttin çəkilişi keçən ilin dekabrında dayandırıldı, çünki Trump administrasiyası ABŞ-da əməliyyatı idarə edən şirkətlərə əlavə tədbirlər elan edib.

Almaniya kansleri Angela Merkel və Alman şirkətləri ABŞ-ın bu prosesə müdaxiləsinin qarşısını almaq üçün fərqli cəhdlər edirdilər. ABŞ Prezidenti Tramp, Avropa ölkələrinin Rusiya qazından asılılığının artacağını əsas gətirərək layihənin qarşısını almaq istəyirdi.