SƏNAYE

26 Noyabr

“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib

Bakı, 26 noyabr Fins.az

2020-ci ilin ilk 10 ayı ərzində Ukraynanın “Ukrtransnafta” şirkəti 13,2 milyon ton neft nəql edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında Ukraynanın neft emalı zavodları üçün nəql olunan həcmi 2,2 milyon ton (2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox), neft tranziti isə 11,1 milyon ton (2019-cu ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox) təşkil edib.

 

2020-ci ilin oktyabrında neft nəqlinin ümumi həcmi ötən ilin oktyabrı ilə müqayisədə 3,5 faiz azalaraq 1,4 milyon tona bərabər olub:

“Ukrayna ərazisində boru kəməri ilə neft tranziti 7,3 faiz azalaraq 1,2 milyon ton təşkil edib. Eyni zamanda Ukrayna neft emalı zavodları üçün nəql olunan həcmi 19 faiz artıb və 250,8 min tona çatıb. Bunun 137,5 min tonu “Azeri Light” markalı Azərbaycan nefti olub”.