SƏNAYE

25 Noyabr

“Çovdar” yatağından «AzerGold»un gəlirləri 310 dollar milyonu ötüb

2018-2020-ci illər ərzində “Çovdar” yatağında qızıl və gümüş hasilatından «AzerGold» QSC-nin gəlirləri 527,3 milyon manat.

Fins.az xəbər verir ki, bu barədə QSC-dən məlumat verilir.

Məlumatda bildirlir ki, “AzerGold” tərəfindən dünya bazarlarına ilk ixracın reallaşmasından son 3 il ərzində 213,4 min unsiyadan çox qızıl və 372,7 min unsiyadan çox gümüş realizə olunub. Bu əməliyyatlar nəticəsində Azərbaycanın gəlirləri 527,3 milyon manatı ötüb.

Bu dövr ərzində bu vəsaitin 39,3 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib , bu məbləğin 33,7 milyon manatı vergi, 5,6 milyon manatını isə Dövlət Sosial Müdafiə Fonduna köçürmələr təşkil edir. B

Bildilir ki, bu 3 il ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb, bu məbləğin 15 milyon manatı QSC-nin nizamnamə kapitalının artırılmasına yönəldilib