SƏNAYE

25 Noyabr

Azərbaycan bu il Türkiyə ərazisi ilə 175 mln. bareldən çox neft nəql edib

Bakı, 25 noyabr Fins.az

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 175,97 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% azdır.

 2019-cu ilin yanvar-oktyabr aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 197,21 mln. barel neft nəql edilib.

Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə BTC vasitəsilə 235 243 min barel neft nəql edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 8,03% azdır.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.