SƏNAYE

17 Noyabr

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri AZALIB

Bakı, 17 noyabr Fins.az 

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 18,5 milyard manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 6,3 % azalıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb

Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 28,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 21,4 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 7,3 faiz artıb. 

Müəllif: Aynur Qəniyeva