SƏNAYE

17 Noyabr

Azəri-Çıraq-Günəşli blokunda istismar edilən quyuların sayı AÇIQLANIB

Bakı, 17 noyabr Fins.az

2020-ci ilin yanvar-sentyabr aylarında Azəri-Çıraq-Günəşli (AÇG) blokundan neft hasilatı 124 istismar quyusundan həyata keçirilib. Fins.az xəbər verir ki,bu barədə BP-Azerbaijan şirkətinin mətbuat xidməti məlumat verib. 2020-ci ilin yanvar-sentyabr aylarında müqavilə blokunda 10 neft və 2 su vurma quyusu qazıldı. Sentyabr ayının sonuna qədər 124 neft hasilat quyusu, 39 su və 7 qaz vurma quyusu istismara verilib.

Xəbər verildiyi kimi, 2020-ci ilin iyun ayının sonuna AÇG blokundakı neft hasil edən quyuların sayı 129 idi. Beləliklə, üçüncü rübdə quyuların sayı 5 azalıb.

ABƏŞ-in məlumatına görə, ümumilikdə, AÇG blokunun işlənilməsinə başlanandan bəri bütün dövr ərzində ümumi neft hasilatı 3,8 milyard bareldən çox olub.