SƏNAYE

17 Noyabr

Azərbaycanın ixrac etdiyi metanolun həcmi AÇIQLANIB

Bakı, 17 noyabr Fins.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 42 316,99 min ABŞ dolları dəyərində metanol ixrac edib.

Fins.az  Dövlət Gömrük Komitəsinin dərc etdiyi yeni hesabata əsasən apardığı hesablamalara görə, ötən on ay ərzində ölkədən 403 007,75 ton metanol (metil spirti) ixrac edilib.

Azərbaycanın yanvar-oktyabr aylarının qeyri-neft sektoru üzrə ixracında metanolun payı 2,93% təşkil edib.

(c)APA