SƏNAYE

05 Noyabr

Qarprom Polşanın 6,5 milyard avroluq cəriməsinə etiraz edir

Gazprom, Polşa antimonopoliya orqanı tərəfindən şirkətə tətbiq olunan müasir tarixdə misli görünməmiş bir antitrest pul cəzasına dair apellyasiya şikayəti verib.

Qazprom Polşa Rəqabət və İstehlakçıları Qoruma Məhkəməsinə Polşa Antimopoliya İdarəsinin (UOKiK) qərarından apellyasiya şikayəti verdi. Şirkət UOKiK-in mövqeyi və təxminən 6,5 milyard avro cərimə qərarı ilə əsaslı şəkildə razılaşmır. Apellyasiya şikayəti verildiyi təqdirdə, qərar müvafiq məhkəmə qərarının qanuni qüvvəyə minməsinə qədər icra edilmir ”deyə şirkətdən bildirilib.

Müəllif: Aynur Qəniyeva