SƏNAYE

04 Noyabr

Paytaxtda tikinti materiallarının istehsalı ARTIB

Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri  371,9  milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika idarəsi məlumat yayımlayıb

Məlumata görə bu göstərici əvvəlki ilin yanvar-sentyabr  aylarına nisbətən sabit qiymətlərlə 5,0  faiz  artıb.Qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqaisədə hörmə üçün hazır beton qarışığının istehsalı 23,0 faiz, asfaltın istehsalı  34,6 faiz,  tikinti gipsinin  istehsalı isə  6,4  dəfə  artıb.

Müəllif: Aynur Qəniyeva