SƏNAYE

04 Noyabr

Azərbaycanda  avtomobil  benzininin istehsalı 6,9% AZALIB

2020-ci ilin yanvar sentyabr ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2257,3 milyon manat olmaqla əvvəlki ilin yanvar- sentyabr ayları ilə müqayisədə sabit qiymətlərlə 5,4 % azalıb.

Fins.az xəbər verir ki,bu barədə Bakı şəhər Statistika idarəsindən məlumat verilib 

Məlumata görə, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün  benzinin istehsalı 20,0%, ağ neftin  istehsalı 22,5 %, azkükürdlü mazutun istehsalı 55,4 % azalıb.

Hesabat dövründə  avtomobil  benzininin istehsalı 6,9 %,  dizel yanacağının istehsalı   5,7 %  azalmış, sürtkü yağlarının istehsalı 10,5%, neft bitumunun istehsalı isə 36,2% artıb.

Müəllif: Aynur Qəniyeva