SƏNAYE

03 Noyabr

Bakının sənaye istehsalı AZALIB

2020-ci ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 22,2 milyard manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayımlayıb 

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalıb.

Bildilir ki , sənaye məhsulunun 73,3 faizi mədənçıxarma, 23,8 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 79,1 faiz olub.

 İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,6 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,4 faiz təşkil edib.

Müəllif: Aynur Qəniyeva