SƏNAYE

03 Noyabr

“Azərkosmos” peyklərin kommersiya istismarından 31 mln dollara yaxın gəlir əldə edib

“Azərkosmos” ASC 2020-ci ilin yanvar-sentyabr aylarında peyklərin kommersiya istismarından 30,9 milyon dollar məbləğində gəlir əldə edib ki, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəricisindən 2% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumat yayımlayıb

Məlumata görə,yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 30 ölkəsinə xidmət ixrac edilib. Bu dövrdə xidmətin əsas həcmi ABŞ 9,1 milyon dollar, Böyük Britaniya 7,8 milyon dollar , Fransa 7,2 milyon dollar , Malayziya  3,9milyon dollar  və BƏƏ-yə 948 min dollar ixrac edilib.

Hesabat dövründə “Azərkosmos”un ümumi gəlirlərinin 89%-ni xidmətlərin ixracından əldə olunan gəlirlər təşkil edib.