SƏNAYE

03 Noyabr

Azərbaycan sentyabrda 26 mln. dollarlıq qızıl ixrac edib

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 150 mln. ABŞ dolları dəyərində qızıl ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 mln. dollar və ya 24,2% çoxdur.

Fins.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda deyilir.

Qeyd olunub ki, təkcə sentyabr ayında Azərbaycan 25,8 mln. dollarlıq qızıl ixrac edib. Bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 12,7 mln. dollar və ya 97% çoxdur.