SƏNAYE

01 Oktyabr

Azərbaycan iyul ayında Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub

Azərbaycan 2020-ci ilin yanvar-iyul aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 6 milyard 538,82 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 23,1% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında qeyd olunur. 

Məlumata görə, İyul ayında Türkiyəyə 1 milyard 93,83 milyon kubmetr Azərbaycan qazı ixrac olunub, bu isə Türkiyəyə qaz ixracının ümumi həcminin 35,17%-ni təşkil edib 

Azərbaycan iyul ayında Türkiyəyə qaz ixracının həcminə görə liderliyini qoruyub saxlayıb. İkinci yerdə Rusiya (27,11%), üçüncü yerdə İran (21,36%), dördüncü yerdə Əlcəzair (12,47%) qərarlaşıb.

Azərbaycan mart ayında Türkiyəyə qaz ixracının ümumi həcmində 23,45% payla birinci yeri tutub.