SƏNAYE

29 Sentyabr

SOCAR: Azərbaycanın neft və qaz infrastrukturunun təhlükəsizliyini ordu təmin edir

Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində vəziyyətin gərginləşməsi fonunda Azərbaycandan neft və qazın çıxarılması və ixracı əməliyyatları həmişəki kimi davam edir.

“Azərbaycandan neft və qaz hasilatı, ixracı həmişəki kimi davam edir. Hazırda infrastrukturumuzun təhlükəsizliyi məhz Azərbaycan ordusunun çəkindirici hərəkətləri sayəsində təmin edilir ”deyə SOCAR-ın tədbir təşkilatı və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov  bildirib.

(c)İnterfaks Azərbaycan