SƏNAYE

24 Sentyabr

SOCAR: "Abşeron" yatağında hasilatın başlanması üzrə indiyədək açıqlanan tarixlər proqnoz xarakterli olub

"Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağı layihəsinin iştirakçıları olan SOCAR və "Total" şirkətlərinin yataqda hasilatın başlanma tarixləri üzrə öhdəlikləri yoxdur".

Bunu  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, bu vaxtadək şirkətlər tərəfindən ilk hasilat tarixləri üzrə yalnız proqnozlar verilib və dəqiq tarixlər barəsində öhdəliklər olmayıb.

Qeyd edək ki, "Abşeron" yatağından ilk qaz hasilatına 2020-ci ilin III rübündə başlanacağı gözlənilirdi, lakin COVID-19 pandemiyasının yaratdığı logistik problemlərə görə, layihə planı gecikir.

Xatırladaq ki, "Abşeron"yatağında ilkin dövrdə ildə 1,5 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir, 2022-2023-cü illərdə isə bu göstərici ildə 4 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. Layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50%) şirkətləridir və yatağın operatoru "SOCAR Absheron" və "Total EP Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP ("Joined Operating Company Absheron Petroleum") birgə müəssisəsidir.