SƏNAYE

24 Sentyabr

LafargeHolcim elmi əsaslı hədəflərlə Sıfır Emissiya Öhdəliyi imzalayıb

LafargeHolcim Elmi Əsaslı Hədəflər təşəbbüsü (SBTi) olan "1.5°C üçün Biznes Ambisiyası"na qoşulub. Bu şirkət SBTi-nin təsdiqlədiyi 2030-cu il hədəfləri üzrə öhdəlik imzalayan ilk qlobal tikinti materialları qurumudur[2]. Sözügedən öhdəlik, LafargeHolcim-in ekoloji təmiz betonu ECOPact və aparıcı sirkulyar sementi Susteno kimi, innovativ məhsullarla ekoloji təmiz tikintidə liderlik mövqeyinə əsaslanır.

LafargeHolcim-in 2030-cu ilədək hədəflərinə əsasən, sementdə  CO2 emissiyalarının daha da azaldılması və sement materialının hər tonu üçün 475 kq xalis CO2-nin (xalis CO2/t.sem.) yaradılmasıması nəzərdə tutulur. Avropa belə sıfır emissiya ambisiyasını reallaşdıran ilk region olmağa çalışır. Ötən il elə bu məqsədlə  160 milyon İsveçrə frankı məbləğində investisiya layihəsinə start verilib.

LafargeHolcim daha bir addım ataraq, sement sektorunda 1.5°C qlobal istiləşmə hədəflərinə uyğun yol xəritəsi hazırlamaqla ekoloji təmiz betonun sərhədlərini genişləndirməkdən ötrü SBTi ilə tərəfdaşlıq edir.

Şirkətin Baş icraçı direktoru Yan Cenis bu fikirləri səsləndiribr: "İstər insanlara, istərsə planetə faydalı bir dünya quracağımıza inanıram. El buna görə, karbon emissiyalarını azaltmaq və sirkulyar çözümlər təklif etməklə ekoloji təmiz bir dünya qurmağa çalışırıq. Sıfır emissiya üzrə yol xəritəmizi hazırlamaq və CO2 emissiyalarını önəmli dərəcədə azaltmaq istiqamətində görülən işləri sürətləndirmək üçün SBTi ilə birlikdə işləyərək, elmi əsaslı yanaşma tətbiq etdiyimizə çox sevinirəm. Mən ekoloji baxımdan təmiz tikinti sahəsində liderlik üçün yeni addımlar atmağa davam edəcəyəm".

Davamlı inkişaf üzrə direktor Maqali Anderson yeniliyə  münasibətini belə ifadə edib: "Dünyanın ən böyük sement istehsalçısı kimi qlobal istiləşmənin fəsadlarını önləyəcək tədbirlər görməkdə əsas rol oynayırıq. Biz sıfır emissiyalı şirkətə çevrilmək hədəfimiz çərçivəsində müştərilərimizin də CO2 emissiyalarının azalması ilə bağlı məqsədlərini dəstəkləməyə çalışırıq. Bu gün heç bir şirkət qlobal istiləşmə problemini təkbaşına çözmək iqtidarında deyil. Tərəfdaşlığımızın da səbəbi budur".

SBTi LafargeHolcim-in 2018-ci ildən başlayaraq 2030-cu ilədək sement materiallarının hər tonu üzrə 1-ci və 2-ci tətbiq sahəsinin karbon qazı emissiyalarını 21%2 azaltmaq öhdəliyini təsdiqləyib. LafargeHolcim bu hədəfə yetişmək üçün 1-ci tətbiq sahəsinin karbon qazı emissiyalarını sement materialının hər tonu üzrə 17.5% və eyni müddətdə 2-ci tətbiq sahəsinin karbon qazı emissiyalarını sement materialının hər tonu üzrə 65% azaltmağı öz üzərinə götürüb.

 LafargeHolcim-in 2030-cu ilədək bu hədəfləri var:

● ECOPact və Susteno kimi aşağı karbonlu və karbon-neytral məhsullardan istifadəni sürətləndirmək;

● Enerji və xammal materialları üzrə 100 m ton tullantı və yan məhsulu emal etmək;

● Susuzlaşdırılmış gildən istifadəni genişləndirmək və yeni bərkidici materiallarla innovativ sementlər hazırlamaq;

● İstehsalatda tullantıdan əldə olunan yanacaqların istifadəsini ikiqat artıraraq 37%-ə çatdırmaq[3];

● Sement materialının hər tonu üzrə xalis CO2-ni 475 kq-a çatdırmaq (xalis CO2/t.sem);

● Özünün ilk xalis sıfır CO2 sement istehsalı müəssisəsini açmaq[4].

1 və 2-ci tətbiq sahələri üzrə emissiyaları azaltmaq öhdəliyindən başqa, LafargeHolcim 3-cü tətbiq sahəsi üzrə emissiyaları da əhatə etmək üçün dəyər zəncirindəki fəaliyyətini genişləndirəcək. Bu hərtərəfli yanaşma ilə LafargeHolcim özünün nəqliyyat və yanacaqla bağlı emissiyalarını 20% azaldacaq.

LafargeHolcim öz sıfır emissiya siyasəti çərçivəsində məhsul və əməliyyatlarda təkrar emal olunmuş materiallardan istifadəni genişləndirmək və  istismar müddətinin sonunda materialları bərpa etməklə sirkulyar tikintini də sürətləndirəcək. LafargeHolcim elə təkcə 2019-cu ildə tullantılardan səmərəli istifadə üzrə dünya lideri kimi, 48 milyon ton tullantı emal edərək bərpa olunmayan resursların qorunmasına və şəhərlərin daha təmiz olmasına öz töhfəsini verib.

Şirkət qarşıdan gələn 10 il ərzində qabaqcıl texnologiyalar gerçəkləşdirib istifadə etməklə özünün sıfır emissiya siyasətinin növbəti mərhələsinə hazırlaşacaq. Buraya Avropa və Şimali Amerikada Tutulan Karbondan İstifadə və Onun Saxlanılması üzrə 20-dən çox pilot layihə daxildir.  

LafargeHolcim-in iqlim öhdəliyi barədə ətraflı məlumat almaq üçün www.lafargeholcim.com  vebsaytındakı iqlim bölməsinə baxa bilərsiniz. Sirkulyar iqtisadiyyat və onun dayanıqlılıq strategiyasının digər aspektlərinə dair ətraflı məlumat almaq üçün www.lafargeholcim.com/climate-energy. linkindən faydalanmaq olar.

[1] Tətbiq sahəsi 1 və 2

[2] Qlobal istiləşməni 2°C-dən aşağıda saxlamaq üçün hədəf alınan hədd biogen emissiyaları və bioenerji xammal ehtiyatlarını əhatə edir.

2 Qlobal istiləşməni  2°C-dən aşağıda saxlamaq üçün hədəf alınmış hədd biogen emissiyaları və bioenerji xammal ehtiyatlarını əhatə edir.

[3] 2018-ci ilin baza səviyyəsi ilə müqayisədə

[4] Almaniyadakı Westküste 100 və ABŞ-dakı Svante kimi pilot layihələr icra etmək

LafargeHolcim Elmi Əsaslı Hədəflər təşəbbüsü (SBTi) olan "1.5°C üçün Biznes Ambisiyası"na qoşulub. Bu şirkət SBTi-nin təsdiqlədiyi 2030-cu il hədəfləri üzrə öhdəlik imzalayan ilk qlobal tikinti materialları qurumudur[2]. Sözügedən öhdəlik, LafargeHolcim-in ekoloji təmiz betonu ECOPact və aparıcı sirkulyar sementi Susteno kimi, innovativ məhsullarla ekoloji təmiz tikintidə liderlik mövqeyinə əsaslanır.

LafargeHolcim-in 2030-cu ilədək hədəflərinə əsasən, sementdə  CO2 emissiyalarının daha da azaldılması və sement materialının hər tonu üçün 475 kq xalis CO2-nin (xalis CO2/t.sem.) yaradılmasıması nəzərdə tutulur. Avropa belə sıfır emissiya ambisiyasını reallaşdıran ilk region olmağa çalışır. Ötən il elə bu məqsədlə  160 milyon İsveçrə frankı məbləğində investisiya layihəsinə start verilib.

LafargeHolcim daha bir addım ataraq, sement sektorunda 1.5°C qlobal istiləşmə hədəflərinə uyğun yol xəritəsi hazırlamaqla ekoloji təmiz betonun sərhədlərini genişləndirməkdən ötrü SBTi ilə tərəfdaşlıq edir.

Şirkətin Baş icraçı direktoru Yan Cenis bu fikirləri səsləndiribr: "İstər insanlara, istərsə planetə faydalı bir dünya quracağımıza inanıram. El buna görə, karbon emissiyalarını azaltmaq və sirkulyar çözümlər təklif etməklə ekoloji təmiz bir dünya qurmağa çalışırıq. Sıfır emissiya üzrə yol xəritəmizi hazırlamaq və CO2 emissiyalarını önəmli dərəcədə azaltmaq istiqamətində görülən işləri sürətləndirmək üçün SBTi ilə birlikdə işləyərək, elmi əsaslı yanaşma tətbiq etdiyimizə çox sevinirəm. Mən ekoloji baxımdan təmiz tikinti sahəsində liderlik üçün yeni addımlar atmağa davam edəcəyəm".

Davamlı inkişaf üzrə direktor Maqali Anderson yeniliyə  münasibətini belə ifadə edib: "Dünyanın ən böyük sement istehsalçısı kimi qlobal istiləşmənin fəsadlarını önləyəcək tədbirlər görməkdə əsas rol oynayırıq. Biz sıfır emissiyalı şirkətə çevrilmək hədəfimiz çərçivəsində müştərilərimizin də CO2 emissiyalarının azalması ilə bağlı məqsədlərini dəstəkləməyə çalışırıq. Bu gün heç bir şirkət qlobal istiləşmə problemini təkbaşına çözmək iqtidarında deyil. Tərəfdaşlığımızın da səbəbi budur".

SBTi LafargeHolcim-in 2018-ci ildən başlayaraq 2030-cu ilədək sement materiallarının hər tonu üzrə 1-ci və 2-ci tətbiq sahəsinin karbon qazı emissiyalarını 21%2 azaltmaq öhdəliyini təsdiqləyib. LafargeHolcim bu hədəfə yetişmək üçün 1-ci tətbiq sahəsinin karbon qazı emissiyalarını sement materialının hər tonu üzrə 17.5% və eyni müddətdə 2-ci tətbiq sahəsinin karbon qazı emissiyalarını sement materialının hər tonu üzrə 65% azaltmağı öz üzərinə götürüb.

 LafargeHolcim-in 2030-cu ilədək bu hədəfləri var:

ECOPact və Susteno kimi aşağı karbonlu və karbon-neytral məhsullardan istifadəni sürətləndirmək;

Enerji və xammal materialları üzrə 100 m ton tullantı və yan məhsulu emal etmək;

Susuzlaşdırılmış gildən istifadəni genişləndirmək və yeni bərkidici materiallarla innovativ sementlər hazırlamaq;

İstehsalatda tullantıdan əldə olunan yanacaqların istifadəsini ikiqat artıraraq 37%-ə çatdırmaq[3];

Sement materialının hər tonu üzrə xalis CO2-ni 475 kq-a çatdırmaq (xalis CO2/t.sem);

Özünün ilk xalis sıfır CO2 sement istehsalı müəssisəsini açmaq[4].