SƏNAYE

22 Sentyabr

TANAP ilə Türkiyəyə 6,7 milyard kubmetr Azərbaycan qazı nəql edilib

18-ci ilin iyun ayının 30-dan 2020-ci ilin sentyabr ayının 1-dək Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə “Şahdəniz” yatağından hasil olunan təqribən 6,7 milyard kubmetr qaz nəql edilib. Bu barədə fins.az -a Energetika Nazirliyindən məlumat verilib.

“2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin sentyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,7 milyard kubmetr qaz nəql edilib. Cari ilin yanvar-avqust aylarında TANAP ilə Türkiyəyə 2,8 milyard kubmetr qaz nəql olunub”, - deyə məlumatda bildirilir.

SOCAR-ın məlumatına görə, 2020-ci ilin iyun ayının sonundan etibarən TANAP ilə Türkiyəyə illik 6 milyard kubmetr qaz nəql olunacaq. Bundan başqa, cari ilin sonundan Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qazın nəqlinə başlayacaq.

SOCAR-ın məlumatına görə, 2020-ci ilin iyun ayının sonundan etibarən TANAP ilə Türkiyəyə illik 6 milyard kubmetr qaz nəql olunacaq. Bundan başqa, cari ilin sonundan Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qazın nəqlinə başlayacaq