SƏNAYE

22 Sentyabr

Azərbaycanda qaz hasilatı ARTIB

2020-ci ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz, yəni 2 milyard kubmetr artımla 25,1 milyard kubmetr qaz hasil edilib. 
Fins.az xəbər verir ki,qaz hasilatının 7,9 milyard kubmetri AÇG-dən, 12,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,9 milyard kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 8,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3 faiz çox, yəni 7,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.