SƏNAYE

21 Sentyabr

“Azəriqaz”  328,9 km qaz kəmərləri  təmir edib

2020-ci ilin yanvar-iyul aylarında 328,9 km qaz kəmərləri əsaslı təmir edilib.

Fins.az xəbər verir ki,Bakı Regional Qaz İstismar Departamenti, regional qaz istismar idarələri və Sumqayıt qaz istismar Sahəsi tərəfindən isə daxili imkanlar hesabına 2020-ci ilin yanvar-avqust ayları ərzində 290,89 km uzunluğunda (o cümlədən 262,52 km metal boru, 28,37 km polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib, 366 ədəd qaz tənzimləyici və 318 ədəd bağlayıcı armaturlar (siyirtmə və rəzələr) quraşdırılıb. O cümlədən, dayaqlar üzərinə qaldırılması nəzərdə tutulan 258 361 metr borudan 96 302 metri (37.2 %) dayaqlar üzərinə qaldırılıb, rənglənməsi nəzərdə tutulan 337 228 metr borunun 103 315 metrlik hissəsi (30.6 %) rənglənib.

         Regionlar üzrə 17 yeni salınmış yaşayış massivinə, 4 yaşayış məntəqəsinə (o cümlədən avqust  ayında 1 yaşayış massivi, 4 yaşayış məntəqəsi) təbii qazın verilməsi təmin edilib. Son illər Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub. Belə ki, hal-hazırda ümumi əhali abonent sayı 2 milyon 300 minə yaxınlaşmaqdadır.