SƏNAYE

18 Sentyabr

“OPEC+” üzrə neft istehsalına dair kompensasiya planının müddəti ilin sonunadək uzadılıb

OPEC-ə üzv və qeyri-OPEC ölkələri (“OPEC+”) üzrə neft istehsalına dair kompensasiya planının müddəti cari ilin sonunadək uzadılıb.

Fins.az xəbər verir ki, bu barədə OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 22-ci iclasında deyilib.

JMMC “OPEC+” sazişi üzrə öhdəliklərinə tam əməl etməyən və nəzərdə tutulandan daha çox neft hasil edən bəzi iştirakçı ölkələrə dair kompensasiya planının müddətinin bu ilin dekabr ayının sonuna qədər uzadılması barədə qərar qəbul edib.

Bildirilib ki, bu, davam edən balanslaşdırma səyləri üçün vacibdir və neft bazarında uzunmüddətli sabitliyin təmin olunmasına kömək edir.