SƏNAYE

11 Sentyabr

"Şahdəniz" layihəsi çərçivəsində tranzit boru kəmərinin ötürücülük qabiliyyəti gücləndirilib

"Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində tranzit boru kəmərinin ötürücülük qabiliyyəti gücləndirilib. Ötən il TANAP layihəsinin ikinci hissəsi açılıb. Yaxın zamanlarda Avropa hissəsinin - Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatdırılacaq.

Bu sözləri Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Energetiklər Gününə həsr olunmuş tədbirdə söyləyib.

Nazir deyib ki, boru kəməri ilə Gürcüstan üzərindən Avropaya qaz tədarükü həyata keçiriləcək. Bu, Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir və gürcü xalqına daha çox fayda gətirəcək.

Turnava deyib: "Gürcüstanın energetika sahəsində genişmiqyaslı regional layihələrdə geosiyasi rolu güclənib. Bu layihə Gürcüstanın strateji funksiyasının yerinə yetirilməsi baxımından iqtisadi mənfəəti də artıracaq".